Nədir köp? Biz niyə köpürük?

21 Noyabr 2021 21:01

Dəməli, ilk köpmə yenidoğulmuşlarda baş verir. Çünki yenidoğulmuşlarda bağırsaq mikroflorası olmur.

Ona görə də bələ uşaqlara hər şəy vermək olmaz. Yeməkdən əvvəl şüyüd, razyana, cirə, zirə kimi bağırsaqların hərəkətini artıran bitkiləri dəmləyib, vermək lazımdır. Yaxşı olar ki, bu məqsədlə sintetik dərmanlardan istifadə edib, uşaqlarınızı zəhərləməyəsiniz. Eləcə də yenidoğulmuşlarda qarında sancılar olur. Buna görə 2 xörək qaşığı nanə yarpağını 100 qram zeytun yağının içinə atıb adi sobanın (otapleniyanın) üstündə 2 həftə saxlayasınız. Sonra süzüb alınmış nanə yağı ile qarın nahiyyəsini üstdən aşağı və dəyirmi formada saat əqrəbi istiqamətində yavaş-yavaş masaj edəsiniz.

Böyüklərdə köpmə

Əgər köpmədən əziyyət çəkirsinizsə əvvəlcə həyat tərzinizi dəyişin, çox gəzin, salatları, göyərtiləri yeməkdən əvvəl meyvə yəməyə başlayın. Əgər nəticə olmasa həkimə gedin, səbəbləri dəqiqləşdirin.

Deməli, köp olmanın bir neçə səbəbi vardır. Məsələn, fermentativ aktivlik aşağı düşür. öd ifrazı azalır və ya mədəaltı vəzin fəaliyyəti zəifləyir. Bu zaman ödqovucu təsir göstərən dərman bitkilərindən və terkibndə zəngin inulin olan dərman bitkilərindən dəmləyib içmək lazımdır:

- Dağ tərxunu - 100 qram
- Andız kökü - 100 qram
- Ud hindi - 100 qram
- Qızılçətır otu - 50 qram

Bu bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda dəmləmə edin, termosa tökün  və gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan için, acı olsa bal əlavə edə bilərsiniz.

Köpmə bəzən mədə mənşəli ola bilir, bələ ki, yemək yeyilir amma normal həzmə getmir, sanki mədədə ilişib qalır. Bu çox hallarda mədədə turşu ifrazının azalması zamanı baş verir.

- Zəncəfil - 100 qram
- Kəcəvər - 100 qram
- Yovşan - 100 qram
- Zəyrək - 100 qram

Bitkilər yuxarıdakı formada dəmlənilib içilir.

Köpmə halları bağırsaq mənşəlindən ola bilir. Belə ki, bağırsaqların hərəki feallığı azalır bu zaman yeyin-yeyin gəzmək lazımdır. Gündə 5 km hərəkət bağısaqları işləməyə məcbur edir və tərkibindəki efirli birləşmələr olan dərman bitkiləri də bağırsaqların hərəki fəaliyyətini artırır.

Cirə, Razyana, Qaraqınıq, Pişikotu və Kəcəvər kimi bitkilərin hərəsindən 100 qram bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı üç stəkan suda dəmləmə edin, yeməkdən əvvəl bir stəkan için.

Bəzi hallarda ağır yük götürən zaman mədə bağırsaq müsaqirələri sallana bilir, bu zaman əlinizi mədənizin və ya bağırsağınızın üstünə qoyanda, sanki ürəyiniz orda vurur. Bu zaman aşağıdan yuxarı qarın nahiyəsi adi günəbaxan yağı ilə masaj olunur və möhkəm bağlanılır. Bunu günde 1 dəfə olmaqla bir həftə etmək lazımdır.

Milli.Az