Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, Azadlıq prospekti ilə ( baş yol ) hərəkət edən motosikletçini ikinci dərəcəli yoldan çıxan minik avtomobili vurub.
Nəticədə motosiklet sürücüsü bədən xəsarəti alıb, motosikletə ciddi ziyan dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Hadisə anının görüntüləri hərəkətdə olan avtomobillərdən birinin videoqeydiyyatçısına düşüb. Kadrlar "Motopro"da paylaşılıb.
Milli.Az görüntüləri təqdim edir:
Emin
Milli.Az