"Brilliant Dadaşovanı gözümdə çox böyütmüşdüm"

12 Noyabr 2021 17:12

Əməkdar artist Lalə Məmmədova Xalq artisti Brilliant Dadaşova ilə illərdir aralarında davam edən küsülülükdən danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Səhər mərkəzi" proqramında deyib. Sənətçi Dadaşova ilə heç bir mübahisə yaşamadığını deyib:

"Mənim üçün Brilliant Dadaşova zirvə olub, bunu qəbullanmışam. Onu gözümdə o qədər böyütmüşdüm ki... Bütün çəkilişlərdə qabağına qaçıb "salam" verirdim. Amma ondan belə münasibət gözləmirdim. Gözümdə dağıldı hər şey".

Lalə "Doğrudan da Brilliant Dadaşovaya bənzəyirsiz" sualına "Allah yaradıb və müəyyən oxşarlıqlar var" cavabını verib.

Milli.Az