Oğlu sevgilisinə qar kürəsində evlilik təklif etdi

12 Noyabr 2021 10:04

Məşhur aktrisa Perihan Savaşın oğlu Savaş Zafer evlilik yolunda ilk addımı atıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, sevgilisi Melis Ketenciye evlilik təklif edib. Savaşın evlilik təklifi üçün hazırlığı isə xüsusi maraq doğurub. 

Belə ki, o, Melise bir qar kürəsinin içində evlilik təklif edib. Cütlüyün görüntülərini P.Savaş sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Savaş aktrisanın 1995-ci ildə vəfat edən həmkarı Yılmaz Zafer ilə evliliyindən dünyaya gəlib.

Milli.Az