Nadirdən qalmaqallı açıqlama: Ayan qızım yaşındadır

12 Noyabr 2021 10:40

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan və kəskin tənqid olunan videosu haqda danışıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, "Tam vaxtıdır" verilişində məsələyə aydınlıq gətirib. Nadir mövzu haqda bunları söyləyib:

"Ayan mənim qızım yaşındadır. Birinci övladım yaşasa, Ayanla yaşıd olardı".

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə iki sənətçinin səmimi görüntüləri yayılıb. Tənqidlərdən sonra Nadir sevənlərindən üzr istəyib.

Milli.Az