“Instagram” yeni faydalı funksiyanı sınaqdan keçirir - VİDEO

13 Noyabr 2021 06:33

"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə xidmətin rəhbəri Adam Mosseri "Twitter" səhifəsində məlumat verib.

"Bu həftə biz "Take a break" ("Fasilə et") funksiyasını sınaqdan keçirməyə başladıq. Bu opsiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün tətbiqdə xatırlatma almağa imkan verəcək", - deyə mesajda bildirilir.

Planlaşdırılır ki, sınaq uğurlu olarsa, artıq dekabr ayında funksiyadan istifadə etmək mümkün olacaq. Qeyd olunur ki, belə fürsət hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır.

Milli.Az