Poqba “Mançester Yunayted”ə şərt qoydu: Ronaldudan daha çox qazanmalıyam

12 Noyabr 2021 10:34

"Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba klubla müqavilə müddətini uzatmaq üçün şərt irəli sürüb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, onun şərti klubun ən çox qazanan futbolçusu olmaqdır. Pol Poqbanın maaş baxımından hətta Kriştianu Ronaldunu da geridə qoymaq istədiyi qeyd olunur.

Poqbanın istədiyi məbləğin təxminən həftəlik 585 min avro olduğu bildirilir. Onun hazırda aldığı məvacib isə tələb etdiyindən iki dəfə azdır.

Milli.Az