Saakaşvili türmə xəstəxanasına belə gətirildi - VİDEO

11 Noyabr 2021 19:48

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin türmə xəstəxanasına gətirilməsinin görüntüləri yayılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, görüntülər Gürcüstanın ədliyyə naziri Rati Breqadze tərəfindən keçirilən brifinqdə təqdim olunub.

Breqadze Saakaşvilinin türmə həbsxanasına gətirilərkən ona qarşı qeyri-insani münasibətlərə yol verildiyini təkzib edib.

"Bu, böyük yalandır. Təcili yardım maşını binanın qapısının ağzında dayandı. Məhbus özü əməkdaşlarımızın qanuni tələblərinə tabe olmadı və onları təhqir etdi", - nazir bildirib.

Milli.Az