Əfqanıstanda son hadisələrlə bağlı filmə çəkilir - FOTO

11 Noyabr 2021 10:54

"Universal Pictures" Corc Nolfinin Əfqanıstandan təxliyə ilə bağlı gerçək hekayə əsasında film çəkmək hüququnu alıb. Baş rolları Çenninq Tatum və Tom Hardi ifa edəcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, süjet üç keçmiş komandonun taleyi ətrafında cərəyan edir. Onlar həmkarlarının və müttəfiqlərinin ailələrini xilas etmək üçün Əfqanıstana qayıtmağa qərar verirlər.

Layihənin hələ adı yoxdur. Tatum və Hardinin kimin oynayacağı hələ açıqlanmayıb. Məlumdur ki, Hollivud ulduzları filmdə rol almaqla yanaşı, həm də prodüserlik edəcəklər.

Milli.Az