Bakı dərhal yolu bağladı - Manukyan

11 Noyabr 2021 10:36

Hökumət rəsmi olaraq elan etdi ki, Gorus-Qafan yolu Azərbaycanın nəzarəti altındadır. Həmçinin hökumət üzvü Zəngəzura getdi və alternativ yolun hazır olduğunu bildirdi. Düşmən isə dərhal şoseni bağladı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Fraksiyasının deputatı Geqam Manukyan bildirib.

Onun sözlərinə görə, xalqın bununla bağlı cavab tələb etmək haqqı var.

Manukyan hər kəsi 11 noyabr saat 11:00-da Respublika meydanında mitinqə çağırıb.

Qeyd edək ki, Ermənistan TŞ-nın katibi Armen Qriqoryan bu gün gecə yarısından Azərbaycanın Gorus-Qafan yolunda gömrük postu və sərhəd məntəqəsi quracağı barədə İrəvana xəbərdarlıq etdiyini, Ermənistanın isə artıq alternativ yolunun hazır olduğunu bildirib.

Milli.Az