Ukraynada daha bir nazirin istefası gözlənilir

11 Noyabr 2021 08:48

Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko qurumun yenidən təşkili ilə əlaqədar istefa verəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, çərşənbə günü Nazirlər Kabineti qapalı iclasında Dövlət Film Agentliyinin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyindən ayrılmasına səs verib.

Bu qərarla əlaqədar olaraq, Tkaçenko noyabrın 11-i səhər saatlarında istefa ərizəsi verəcək. Nazir Dövlət Film Agentliyinin nazirlikdən ayrılmasına qarşı çıxıb, çünki bu, hələ Tkaçenko nazir olana qədər başlanan islahatların məntiqinə zidd hesab edilib.

Milli.Az