"Instagram" yeni funksiyanı sınaqdan keçirir

11 Noyabr 2021 08:33

"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində sosial şəbəkənin rəhbəri Adam Mosseri yazıb.

A.Mosseri bildirib: "Bu həftə biz "Take a break" (Fasilə ver - red.) funksiyasını sınaqdan keçirməyə başladıq. Bu funksiya sizə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün proqramda xatırlatma almağa imkan verəcək".

Planlaşdırılır ki, sınaqların uğurlu olacağı təqdirdə funksiyadan artıq dekabr ayında istifadə etmək mümkün olacaq. Qeyd edilir ki, hələki bu funksiya yalnız bəzi istifadəçilərdə mövcuddur.

Milli.Az