ABŞ-ın neft ehtiyyatları 1 milyon barrel artıb

11 Noyabr 2021 07:55

ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə 1 milyon barel artaraq 435,1 milyon barelə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Məlumata əsasən, benzin ehtiyatları 1,56 milyon barel azalaraq 212,7 milyon barelə, distillələrin kommersiya ehtiyatları isə 2,61 milyon barel azalaraq 124,51 milyon barelə düşüb.

"Bloomberg" agentliyinin sorğusunda iştirak edən ekspertlər, neft ehtiyatlarının 1,6 milyon barrel artacağını, benzin ehtiyatlarının 1,25 milyon barrel azalacağını və distillələr ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.

Milli.Az