Dünyanı oynadan insan öldü - FOTO
27 Fevral 2012 21:02
"Nintendo", "PlayStation", "xBox" oyun konsolları və super kompyuter oyunları dönəmində onun ixtirası olan oyun indi bir qədər arxaik təsir bağışlaya bilər.
Lakin pinbol yüz milyonlarla insanın hələ də oynadığı oyun olaraq qalır.
Milli.Az ABC-yə istinadən bildirir ki, pinbol oyun maşınının ixtiraçısı Stiv Kordek ABŞ-ın İllinoys ştatındakı Park-Ric şəhərində, 100 yaşında dünyasını dəyişib.
1940-cı ildə Pinbolu ixtira edən Kordek həyatının sonunadək oyuna 100-dən artıq əlavə və dəyişiklik etmişdi.
"1937-ci ildə Çikaqoda yağışa düşdmüşdüm. Yaxınlıqdakı vestibülə girdim ki, yağış qurtarana qədər gözləyim. Elə orada olanda vaxtım səmərəsiz keçdiyi üçün bir oyun fikirləşməyi düşündüm. Pinbol ideyası belə yarandı", - Kordek "Chicago Tribune"a demişdi.
Pinbolu ixtira edərək ilk oyun maşının hazırlaynada isə o, Cenko şəhərində saatı 45 sent maaşla konveyerdə çalışırdı.
Daha sonra bu oyun "Pinball Wizard" kimi tanındı, milyonlar tərəfindən sevildi və dünyaca məşhurlaşdı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Alamy