Neymar məşqə 12 milyonluq helikopterlə getdi - FOTO

11 Noyabr 2021 21:09

Braziliya millisinin və PSJ-nin üzvü Neymar yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu millinin son məşqinə şəxsi helikopteri ilə gedib. Helikopterin qiymətinin 12 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin seçmə mərhələsində noyabrın 17-də Argentinanın qonağı olacaq.

Milli.Az