“Səbail”in legioneri Litva yığmasına çağırıldı

11 Noyabr 2021 21:07

"Səbail"in yarımmüdafiəçisi Domantas Şimkus Litva milli komandasına dəvət alıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Litva yığması sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq. Noyabrın 15-də isə bu komanda Küveyt yığmasıyla yoxlama oyunu keçirəcək.

Milli.Az