Polad Bülbüloğlu atasının Şuşadakı evində oxudu - VİDEO

10 Noyabr 2021 19:36

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AzTV-nin Şuşada lentə alınan "Oxuyur Vətən" layihəsinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, layihənin çəkilişləri Bülbülün muzeyində baş tutub.

Xalq artisti atasının evində mahnı səsləndirib. O, "Girdim yarın bağçasına" adlı xalq mahnısını oxuyub. Bununla yanaşı P.Bülbüloğlu "Şən Azərbaycan" və "Qarabağım" mahnılarını ifa edib.

Milli.Az