Çindən Tacikistana 500 min doza “CoronaVac” vaksini gətirilib

10 Noyabr 2021 21:30

Tacikistana Çin Xalq Respublikasının "Sinovac Research & Development Co. Ltd" şirkətinin istehsalı olan 500 min doza "CoronaVac" vaksini gətirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Düşənbə Beynəlxalq Hava Limanında yükün təhvil verilməsi mərasimində ölkənin səlahiyyətli qurumlarının nümayəndələri iştirak edib.

Bildirilir ki, vaksinlər nazirliyin xüsusi anbarlarında saxlanacaq və sabahdan etibarən istifadəsinə başlanılacaq.

Milli.Az