Sevmədən evlənmişəm. İndi boşanmaq istəyirəm...

23 Noyabr 2021 22:45

Ailədə sevgi ən mühüm şərtdir. Lakin yeganə şərt də deyildir.

Bir yandan boşanmaq da pis bir şeydir. Əlbəttə sevgisizlik səbəbilə boşanmaqda bir günah da yoxdur. Amma uşaqların varsa və onların sevgisinə də xələl gələcəksə, o zaman qatlanmaq sənin üçün daha məsləhətlidir. Ən gözəli, Uca Allah kitabında buyurduğu kimi, qadınlarla yaxşı rəftar etmək lazımdır: "... Zövcələrinizlə xoş keçinin. Əgər onlardan xoşlanmırsızsa, ola bilsin ki, xoşlanmadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun." (Nisə 19)

Bu məsələylə əlaqəli peyğəmbərimizdən çoxlu hədislər də nəql edilmişdir. Bunlardan bir neçəsi belədir:

"Qadınların haqlarını yerinə yetirmə xüsusunda Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız."
"Sizin xeyirliniz, zövcəsinə xeyirli olandır. Mən də zövcəmə qarşı sizin ən xeyirlinizəm. Qadınlara ancaq yaxşı insanlar yaxşı davranır; onlara qarşı təkcə pis kişilər xəyanət edər."
"Zövcələrinizlə yaxşı keçinin; əgər onlardan xoşlanmasanız bele! Ola bilər ki bir şey, sizin xoşunuza gəlməz, amma Allah onda bir çox xeyir təqdir etmiş ola bilər."
"Mömin bir kişi, mömin bir qadına hirslənməsin! Əgər onun bir xasiyyətindən xoşlanmazsa, başqa bir xasiyyətindən xoşlana bilər."

Evlənib boşanmaq xoş görülməyən bir hal olsa da haram edilməmişdir. Yenə də nəticədə bu, sənin verə biləcəyin qərardır. Bu iki yoldan birini seçməlisiz: Əgər bir şeydən xoşlanmırsızsa, onu dəyişdirin, dəyişdirə bilmirsizsə onda ona olan baxış tərzinizi dəyişin!

Milli.Az