"Kazara aşk"ın aktyoru boşandı - FOTO

10 Noyabr 2021 19:24

Aktyor Sadi Celil Cengiz həyat yoldaşı Hilal Yıldırımdan ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük iki ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət edib. Fikirlərinin üst-üstə düşmədiyini irəli sürən ikili məhkəmə qərarı ilə boşanıb.  

Aktyor hər ay aliment olaraq 2 600 lirə (təxminən 452 manat) ödəyəcək.

Qeyd edək ki, cütlüyün bu evlilikdən 2 oğlu var. Sadi sonuncu dəfə "Kazara aşk" serialında rol alıb.

Milli.Az