Gürcüstanda daha 5 751 nəfərdə COVID-19 aşkarlanıb, 78 nəfər ölüb

10 Noyabr 2021 14:16

Gürcüstanda son sutkada koronavirusa 5 751 yeni yoluxma halı qeydə alınıb, 78 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində daha 3 647 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 766 818 nəfər yoluxub. Onların 700 568-i sağalıb, 10 662-si isə ölüb.

Milli.Az