5 illik yeni müqavilə, yoxsa “Barselona”ya keçid?

11 Noyabr 2021 21:03

"Valensiya" müdafiəçisi Xose Qaya ilə müqavilə müddətini yeniləməyi planlaşdırır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, La Liqa təmsilçisi 26 yaşlı oyunçunun uzun müddət komandada qalmasını istəyir.

"Yarasalar" İspaniya millisinin üzvünə 2023-cü ilin yayına qədər olan anlaşmasını daha 5 il uzatmağı təklif edib. Lakin Qaya cavab verməkdə tələsmir. Çünki o, "Barselona"nın da təklifini gözdən keçirdikdən sonra fikrini bildirəcək.

Qeyd edək ki, Xose Qaya bu mövsüm 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Milli.Az