Zakir Həsənov baş redaktoru ehtiyata yolladı

10 Noyabr 2021 09:47

"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov ehtiyata buraxılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Hələlik "Azərbaycan Ordusu" qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı "Report"a təsdiqləyiblər.

Milli.Az