Peyvənd olunmayan xəstələrin koronavirusdan müalicəsi pullu olacaq

10 Noyabr 2021 08:28

Dekabrın 8-dən Sinqapur hakimiyyəti peyvənd olunmamış koronavirus xəstələrinin müalicəsi üçün ödəniş etməyi dayandıracaq. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, nazirlik bu qərarı peyvənd olunmamış vətəndaşların koronavirus xəstəxanalarında çarpayıların əksəriyyətini tutması və ölkənin səhiyyə resurslarına qeyri-mütənasib dərəcədə böyük yük qoyması ilə izah edib. Bununla bağlı tibb müəssisələri belə xəstələrdən ödəniş alacaqlar.

Bildirilir ki, 12 yaşa qədər uşaqlar və peyvəndlərə əks göstərişi olan vətəndaşlar pulsuz tibbi yardım almağa davam edəcəklər.

Milli.Az