Məşhur aktyor vəfat etdi

10 Noyabr 2021 09:16

Amerikalı məşhur aktyor Din Stokvell 85 yaşında vəfat edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, aktyoru təmsil edən mənbələr onun evdə, yuxuda olarkən dinc şəkildə öldüyünü bildirir.

Uşaq yaşlarından aktyor kimi karierasına başlayan Stokvell "Quantum Leap" serialı, "Dune", "Blue Velvet", "Air Force One" kimi filmləri ilə tanınır.

Milli.Az