Şirlər arasında da koronavirus yayılıb

10 Noyabr 2021 09:52

Sinqapur zooparkında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin baytar xidməti məlumat yayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, COVID-ə heyvanxanadakı şirlər arasında rast gəlinib. Dörd Asiya və bir Afrika şirinin ölümcül virusa tutulduğu bildirilib.

İlkin ehtimallara görə, xəstəlik vəhşi heyvanlara zooparkın əməkdaşından keçib.

Artıq COVID-li heyvanlar digər həmcinslərindən təcrid olunub.

Milli.Az