Azərbaycanda iki uşaq anası özünü asdı - Xəstəliyə görə

9 Noyabr 2021 23:32

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az