“Bitcoin”dən tarixi rekord

9 Noyabr 2021 20:48

"Bitcoin"in qiyməti 68 min dolları ötüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla kriptovalyuta tarixi rekord qırıb.

Analitiklər dünyanın ən çox tanınan kriptovalyutasının qiymıtinin daha da yüksələcəyini proqnozlaşdırırlar.

Hazırda "Bitcoin"in bazar dəyəri 1,1 trilyon dollardır. Lider kriptovalyuta beş il əvvəl 700 dollar dəyərində idi.

Milli.Az