Poqba 10 həftə oynamayacaq

9 Noyabr 2021 20:18

Fransa millisinin və "Mançester Yunayted"in futbolçusu Pol Poqbanın zədəsi ciddidir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baldırından zədə alan 28 yaşlı yarımmüdafiəçi 10 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Fransa yığması noyabrın 13-ü Qazaxıstan, 16-sı isə Finlandiya ilə üz-üzə gələcək.

Milli.Az