Türkiyədə mikroavtobus dərəyə aşıb, 20 tələbə yaralanıb

9 Noyabr 2021 18:00

Türkiyədə Kocaelinin Qebze rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, tələbələri daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində mikroavtobusdakı 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı müxtəlif xəstəxanalara çatdırılıb.

Milli.Az