Poqba zədələndi

9 Noyabr 2021 16:06

Fransa millisinin və "Mançester Yunayted"in futbolçusu Pol Poqba zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi yığma komandanın heyətində məşq zamanı sıradan çıxıb. Bu səbəbdən o, millinin DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstan və Finlandiya ilə görüşlərini buraxacaq.

Qeyd edək ki, Fransa yığması noyabrın 13-ü Qazaxıstan, 16-sı isə Finlandiya ilə üz-üzə gələcək.

Milli.Az