Ceyhun Bayramov Fransaya işgüzar səfər edib

9 Noyabr 2021 13:30

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb.

Milli.Az bildirir ki, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Milli.Az