İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç tezliklə karyerasını bitirəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı hücumçu "Sky Sports"a açıqlamasında hələ bu barədə düşünmədiyini bildirib:
"Hələ karyeram nə vaxt bitirəcəyimə qərar verməmişəm. Mümkün qədər uzun müddət oynamağa davam etmək istəyirəm. Sonradan karyeramı bitirdiyimə görə peşman olan futbolçulardan olmaq istəmirəm. Mən işləməyə davam edəcəyəm. Nə qədər ki, mənə ehtiyac duyulur, oynayacağam".
Qeyd edək ki, Zlatanın bu mövsüm A seriyasında 6 matçda 3 qol vurub.
Milli.Az