Samet Aybaba Azərbaycan millisini çalışdıra bilər

9 Noyabr 2021 13:12

Türkiyəli mütəxəssis Samet Aybaba Azərbaycan milli komandasını çalışdırmaq ehtimalları barədə danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aybaba AFFA rəsmiləri ilə görüşdüyünü deyib.

O, bu barədə "Fanatik"ə açıqlamasında məlumat verib:

"Azərbaycan milli komandasının maraqlanması doğrudur. Bununla bağlı görüşdüyümüzü də söyləyə bilərəm. Lakin hələ rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Milli.Az