Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan tutduğu vəzifədən azad olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd olunur ki, qərar "İctimai xidmət haqqında" qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən qəbul edilib.
Xatırladaq ki, M. Gevorkyan hökumət başçısının mətbuat katibi vəzifəsinə 2020-ci il martın 2-də təyin olunmuşdu.
Milli.Az