Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1121 yeni yoluxma qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 322364-ə çatıb.
Son sutka ərzində infeksiyadan 62 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 6762 nəfərə yüksəlib.
Milli.Az