Üzün ozonla təmizlənməsi nədir?

9 Noyabr 2021 20:35

Üzün təmizlənməsi nə üçün lazımdır?

Üzün təmizlənməsi proseduru və yaxud çistka bütün dərilər üçün vacibdir və xanımlarımıza mütəmadi olaraq üzün təmizlənməsi prosedurlarından keçməyi tövsiyə edirik.
Çünki
-toz
-toksinlər
-makiyaj qalıqları dərinin ifraz etdiyi yağla qarışaraq məsamələri qapayır.

Bununla da

-dəri rənginin solmasına
-komedon
-qara nöqtələr
-akne
-iltihablaşma və

-erkən qocalmaya səbəb olur. Həmçinin Gündəlik istifadə etdiyimiz makiyaj,dekorativ kosmetika,tonal kremlər dəridə üz təmizlənməsinə ehtiyac yaradır.

-İlin istənilən fəslində üz təmizlənməsi proseduru etdirmək olar. Üzün təmizlənməsi 2-3 ayda bir dəfə aparıla bilər. Çalışaq üz dərimizi təmiz və sağlam sağlayaq.

Milli.Az