Gürcüstanda zəlzələ oldu

9 Noyabr 2021 08:48

Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 3,5 bal gücündə olan yeraltı təkan Gürcüstanın Zalqa rayonunun Məmişlər kəndi yaxınlığında qeydə alınıb.

Bundan əvvəl saat 18:58-də yenə də Məmişlər kəndi yaxınlığında 3,6 bal gücündə zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Milli.Az