Bitkoin qiyməti tarixi rekordu yenilədi

9 Noyabr 2021 08:33

Bitkoin qiyməti ticarət sessiyası zamanı 7,16% artaraq 67 570 min dollara çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bundan sonra qiyməti artmağa davam edən kriptovalyutanın dəyəri 67 650 dollara çatıb. Beləliklə, Bitkoinin qiyməti yenidən tarixi maksimumunu yenilədi.

Qeyd edək ki, buna qədər ən yüksək göstərici oktyabr ayında qeydə alınmış, bitkoinin qiyməti 66 min dolları ötmüşdü.

Milli.Az