Birinci vitse-prezident Mehriban Əliyeva Cıdır düzündən paylaşım edib - FOTO

8 Noyabr 2021 12:53

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Cıdır düzündə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fotolar paylaşıb.

Milli.Az bildirir ki, paylaşımda deyilir:

"08.11.2021. Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!"

Milli.Az