Ermənistanda koronavirusdan ölənlərin sayı 6700-ə çatıb

8 Noyabr 2021 12:16

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 810 yoluxma halı qeydə alınıb.

Ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 321 243-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 30 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 6700-ə çatıb.

Milli.Az