Nura Suri 17 il əvvəl: Sütül vaxtlarımız...

9 Noyabr 2021 03:33

Məşhur müğənni Nura Suri instaqramdakı son paylaşımı ilə diqqət çəkib.  

Milli.Az OLAY-a istinadən yazır ki, estrada ifaçısı hesabında bir zamanların populyar qrupu olan "Dəyirman"ın solistləri ilə lentə aldığı fotonu yayıb. Suri şəklin 2004-cü ildə çəkildiyini qeyd edib.  

O, hazırda qrup dağıldıqdan sonra solo karyerasına davam edən ABD Malikin adını işarələyib, digər solist Elmir Məhərrəmovun instaqram hesabını tapmadığını qeyd edib.

Nura paylaşıma "sütül vaxtlarımız", - şərhini verib. 

Milli.Az