Şevçenkonun çalışdıracağı klub məlum oldu - FOTO

8 Noyabr 2021 12:44

Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirəcək.

O, A Seriyasında çıxış edən "Cenoa"nı çalışdıracaq.

Klubdan verilən məlumata görə, mütəxəssislə 30 iyun 2024-cü ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, Şevçenko "Cenoa"nın sükanı arxasında David Ballardini əvəz edəcək.

Milli.Az