Şəmkirdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - FOTO

8 Noyabr 2021 10:18

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb. Nəticədə sürücü burun və əlin sınığı xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az