Qütb parıltısının kosmosdan ecazkar təsviri çəkildi - FOTO

8 Noyabr 2021 09:42

Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Tomas Peske qütb parıltısının kosmosdan çəkilmiş şəklini paylaşıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, "Missiyamız ərzində Şimali Amerika və Kanada üzərində ən güclü qütb parıltısını müşahidə etdik", - deyə o, özünün "Twitter" səhifəsində qeyd edib.

Fransalı astronavt təbiət hadisəsinin episentri üzərindən uçduqlarını bildirib.

Milli.Az