Avstraliyalı xanım peyvənd olunduğu üçün milyon dollar qazandı

8 Noyabr 2021 09:54

Avstraliyada vaksinasiya olunanlar arasında lotereyanın qalibi məlum olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, üç milyon nəfər arasında 25 yaşlı Coan Çjunun bəxti gətirib.

Gənc qadın bir milyon Avstraliya dolları (təxminən 1 milyon 257 min manat) məbləğində mükafat udub.

O, bu vəsaitin bir hissəsini ailəsi ilə qovuşmağa sərf edəcəyini bildirib.

Milli.Az