Aktyor Arnold Şvartseneggerin qızı Ketrin ilə ailəli olan Kris Prettin sonuncu paylaşımı izləyicilərin qəzəbinə səbəb olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşının ad gününü təbrik edən aktyor Ketrinlə olan fotosunda "Mənə sağlam qız övlad verdiyin üçün sənə təşəkkür edirəm" sözlərini qeyd edib. Bu, isə izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.
Buna səbəb, Krisin Anna Farisdən (red. - əvvəlki evliliyindən) olan oğlu Cekin dünyaya gələrkən keçirdiyi beyin qanamasına görə bir çox sağlamlıq problemi yaşaması olub. Aktyorun "sağlam" sözünü işlətməsi ünvanına "Problem oğlunda deyil, səndədir" şəklində şərhlərin gəlməsinə səbəb olub.
Milli.Az