Ermənistanda COVİD-19-dan ölənlərin sayı 6670 nəfərə çatıb

7 Noyabr 2021 14:22

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 320 433 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 1417 nəfər COVİD-19-a yoluxub, 42 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 6670 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 1332 nəfərdir.

Milli.Az