Rəmişin məzarının görüntüsü yayıldı

7 Noyabr 2021 14:16

Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş)  məzarının görüntüsü yayılıb.

Milli.Az manset.az-a istinadla bildirir ki, mərhum sənətkar Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.

Xatırladaq ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun koronavirusdan vəfat etdiyini bildirmişdi. 

Qeyd edək ki, Rəmiş 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Milli.Az