"Barselona"da ciddi itki

7 Noyabr 2021 14:14

"Barselona" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati zədələnib. Bu barədə AS nəşri məlumat yayıb. Fati La Liqanın 12-ci turunda "Selta" ilə səfər matçında sıradan çıxıb. 18 yaşlı hücumçu ən az bir ay yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, "Selta" - "Barselona" matçı 3:3 hesabıyla bitib.

Milli.Az